ABŞ-dan olan bir qrup hərbi təlimçi Ermənistana gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi teleqram kanalında bildirib.
Qeyd olunub ki, bu gündən etibarən 5 aprelə qədər Amerika hərbçiləri Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ilə ictimaiyyətlə əlaqələr və rabitə sahəsində təcrübə mübadiləsi ilə bağlı təlimlər keçirəcəklər.
Qeyd edək ki, xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan Amerika Birləşmiş Ştatlarını və Avropanı əsas tərəfdaşları hesab edir. Mirzoyan qeyd edib ki, Ermənistan hazırda Şimali Atlantika Müqaviləsinin (NATO) təşkilatına qoşulmağı planlaşdırmır.
Natiq Səlim,
KONKRET.az