Tehranda partlayış: Ölən və yaralananlar varbackend

Tehranda partlayış: Ölən və yaralananlar var

İranın paytaxtı Tehranda partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Farsagentliyi məlumat yayıb.

Bildirilib ki, Rey şəhərinin Alain rayonunda mənzildə baş verən qaz partlayışı nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hadisə ilə bağlı açıqlama verən Tehran Xilasetmə Qrupunun sözçüsü Cəlal Mələki partlayışda 3-ü qadın olmaqla 5 nəfərin həyatını itirdiyini bildirib.

Onun sözlərinə görə, zərər çəkənlərin hamısı Pakistan vətəndaşlarıdır.

Qeyd olunub ki, hadisə zamanı xəsarət alan 7 nəfər təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*