Təhsil Nazirliyi aydınlıq gətirdi: belə sənəd ümumiyyətlə yoxdurbackend

Təhsil Nazirliyi aydınlıq gətirdi: belə sənəd ümumiyyətlə yoxdur

Təhsil Nazirliyi Baş nazir Əli Əsədovun 24 mart tarixli 101 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli və təhsil qaydaları” qərarı kimi paylaşılan məlumata aydınlıq gətirib.

KONKRET.az-ın məlumatına görə, Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov bildirib ki, ayrı-ayrı qruplarda yayılan və guya ki, həmin qərara istinad olunan məlumatlar yanlışdır: “Belə sənəd ümumiyyətlə yoxdur. Rəsmi mənbəyə istinad edin”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumatda bildirilir ki, Azərbaycan ərazisində məktəb və məktəb tipli təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesində müəllimlərin Təhsil Nazirliyi tərəfindən təmin olunacaq internet xidmətləri vasitəsilə “Distant təhsil” prosesində aktiv iştirak etmələri təmin olunsun. Eyni zamanda bildirilib ki, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində təhsil alan tələbələrə cari təhsil ili üzrə tədris olunan fənlər barəsində maksimum dərəcədə güzəşt olunsun və həmin fənlərdən maksimum göstərici ilə qiymətləndirilsin. “Təqaüdlərin verilməsi” prosesinin əvvəlki semestrin nəticələrinə uyğun olaraq davamlılığı təmin edilsin. Bildirilib ki, bu qərar dərc edildiyi gündən 30 gün sonraya qüvvəyə minir.

 

  • Zaur
    Mart 24, 2020 - 22:17

    Salam. Ali təhsil müəssisələrində oxuyan tələbələr . Ölkə karantin vəziyyətində olduğu üçün. Dərs keçirilmir. Və dərslərin başlanması aprel ayının 20-si başlayacaq. Və başlamasına baxmayaraq.tələbələr bu müddət ərzində keçirilən dərs saatlarından bu xəbərdilər. Bəs smestr imtahanları necə olacaq?.
    Və digər sual. Ölkə ərazisini nəzərə alaraq bütün dünyada virus sürətlə yayılır. Bəs bu vəziyyət də.karantin rejiminin uzadılması mümkündür mü?
    Vəya Azərbaycan respublikasının ərazisində olan bütün məktəb və universitetlərdə .tətil müddətində uzadılma olacaqmı.bele bir şey nəzərdə tutulubmu.?

  • Rəcəb
    Mart 24, 2020 - 22:22

    Tələbə təqaüdlərin əvvəl ki, qaydada ödənilməsi həqiqətən problem olacağımı.Tələbələrin ödənişli olub olmaması necə olacaq?

  • Baxşıyev Şahin Qaroqlan
    Mart 25, 2020 - 18:33

    Salam sizi narahat edirəm orta məktəblərdə dərslər nə vaxt baslayir

  • Anar
    Mart 26, 2020 - 11:40

    Salam,mektebe qebul usagim ucun 1 aprel 2020 tarixinde saat 12.00 da teyin edilmisdir.bu barede ne deye bilersiz,nese deyisiklik olajaq yoxsa yox?vaxti kecirejekler?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*