Bu gün “İdrak” liseyində şagirdin müəllimi güllələməsindən sonra, hadisə yerində gül-gülə müsahibə verən Əməkdar artist Aqşin Abdullayev indi də bunun günahını jurnalistlərin üstünə atmaq qərarına gəlib.
KONKRET.az-ın “Yeni Sabah”a istinadən xəbərinə görə o, hadisə ilə bağlı danışarkən gülüb.
Amma media nümayəndələri buna o qədər də əhəmiyyət verməyib, Əməkdar artistin açıqlamasını yazıb, yayıblar.
A.Abdullayevin həmin vaxt çəkilən videosu sonradan sosial şəbəkələrdə geniş yayılıb və onun hərəkəti, yəni müəllimin güllələnməsi barədə danışarkən gülməsi sərt tənqid olunub.
Əməkdar artist bundan sonra yeni video çəkmək məcburiyyətində qalıb. O, üzrxahlıq etmək əvəzinə günahı jurnalistlərin üstünə atıb.
Müğənni iddia edir ki, jurnalistlər onun üzərinə cumub:
“Məktəbə gedib uşağı götürdüm, çıxanda bütün media işçiləri üstümə cumdular.
