Ter-Petrosyan Alen Simonyanın istefasını TƏLƏB ETDİ – Spikerin CAVABIbackend

Ter-Petrosyan Alen Simonyanın istefasını TƏLƏB ETDİ - Spikerin CAVABI

Ter-Petrosyan Alen Simonyanın istefasını tələb edib.

KONKRET.az xəbər verir ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan parlamentin sədrinin iştirakı ilə baş vermiş insidenti “iyrənc” adlandırıb.

Ter-Petrosyana görə, Simonyanın davranışı dövlətin nüfuzuna böyük zərbə vurub və milli biabırçılıqdır.

Alen Simonyanın cavabı özünü çox gözlətməyib.

“Mən hər şeyi gözləyirdim, amma Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın mənim istefamı tələb etməsi həqiqətən gözlənilməz oldu. Ruzvelt, Trumen, Klinton və digər tarixi şəxsiyyətlərlə müqayisəyə görə minnətdaram. Amma Levon Ter-Petrosyan onu satqın adlandırıbsa, bu, onun seçimidir.

Mən xəyanətkar deyiləm, heç vaxt olmamışam və olmayacaqam. Keçmiş prezident yaxşı bilməlidir ki, tarixdə bağışlanmaz səhvlərə yol vermiş ölkə rəhbərləri günahlarının nədən ibarət olduğunu və hansı bədəli ödədiyini bilməlidir”, – deyə Simonyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*