“Terror məhz “Crocus”da olacaq” – ABŞ kəşfiyyatı Moskvanı iki həftə öncə xəbərdar edibmişbackend

“Terror məhz “Crocus”da olacaq” - ABŞ kəşfiyyatı Moskvanı iki həftə öncə xəbərdar edibmiş

Amerika Birləşmiş Ştatları 22 mart hücumundan iki həftə əvvəl “Crocus City Hall” konsert zalının potensial terrorçu hədəfinə çevrilə biləcəyi barədə Rusiyaya məlumat verib.

KONKRET.az xəbər verir ki, bu haqda “The Washington Post” adını açıqlamadığı məmura istinadən yazıb.

Mənbə bildirib ki, Vaşinqton Rusiya paytaxtında mümkün terror təhlükəsi ilə bağlı əvvəlcə rəsmi Moskvanı məlumatlandırıb. Daha sonra isə ABŞ-nin Rusiyadakı səfirliyi vasitəsilə öz vətəndaşlarını xəbərdar edib.

Qeyd edək ki, “Crocus”da törədilən terror aktından sonra ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Vatson Vaşinqtonun mümkün hücumlar barədə Moskvanı məlumatlandırdığını demişdi. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin isə aprelin 2-də bildirib ki, FTX ABŞ hakimiyyət orqanlarından mümkün terror aktı ilə bağlı xəbərdarlıq alıb, lakin bu məlumat konkret olmayıb.

“Məlumat çox ümumi idi və bu dəhşətli cinayətdə iştirak edənləri tam müəyyənləşdirməyə imkan vermədi”, – deyə Narışkin vurğlayıb.

Xatirə SADİQ

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*