“Cinayətkarlar “Crocus City Hall”dakı terror aktından sonra qaçarkən avtomobillə iki azyaşlı uşağı vurublar”.
KONKRET.az bunu Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin açıqlayıb.
O, Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib ki, “Crocus”da terror aktından sonra qaçarkən cinayətkarlar iki uşağı vurublar:
“Onlar ağır xəsarətlər alıblar, xəstəxanaya yerləşdiriliblər”, – deyə Bastrıkin bildirib.
Burhan,
KONKRET.az
