Bu gün saat 17 radələrində Tərtər rayonun Çaylı kəndi ərazisində rayon sakini Samir Əlizadə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a bildirib ki, o, polis əməkdaşları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
18:17
Oktyabrın 23-ü saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində 1 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
KONKRET.az xəbər verir ki, bu barədə Tərtər rayon prokurorluğu məlumat yayıb.
İlkin araşdırmalarla həmin ərazidə olarkən 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib.
Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
