Təslim olma, fərarilik və döyüşməkdən imtinaya görə 10 il – Putin yeni QƏRAR İMZALADIbackend

Təslim olma, fərarilik və döyüşməkdən imtinaya görə 10 il - Putin yeni QƏRAR İMZALADI

Putin fərariliyə görə həbs haqqında qanunu imzalayıb.

KONKRET.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Cinayət Məcəlləsinə hərbi qulluqçuların fərariliyə və ya hərbi xidmətə getməməsinə görə 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan dəyişikliklər haqqında qanunu imzalayıb.

Müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Hərbi xidmətə çağırış üzrə və ya müqavilə əsasında hərbi xidmətdə olan hərbi qulluqçu tərəfindən hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, habelə üzrlü səbəblər olmadan bir aydan artıq müddətdə xidmətə vaxtında gəlməmə səfərbərlik və ya hərbi vəziyyət, müharibə zamanı və ya silahlı münaqişə şəraitində və ya hərbi əməliyyatlar aparma zamanı beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*