Təyyarə qəzasında 14 nəfər öldü – YENİLƏNİBbackend

Təyyarə qəzasında 14 nəfər öldü - YENİLƏNİB

Hindistanda baş verən təyyarə qəzasında 14 nəfər ölüb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qəza zamanı 20-dən çox insan yaralanıb.

Məlumata görə, yaralılardan 15-nin vəziyyəti ağırdır.

***

Hindistanın Karipur şəhərində “Air India” aviakompaniyasına məxsus təyyarə sərt eniş edib və zolaqdan kənara çıxıb.

KONKRET.az bildirir ki, bu barədə “Times of India” xəbər verib.

Təyyarə Dubaydan reys yerinə yetirirmiş, onun göyərtəsində 191 nəfər var idi.

Yaralanan və ya həyatını itirənlərlə bağlı hələlik məlumat yoxdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*