Astana hava limanında “Air Astana” şirkətinə məxsus təyyarənin Almatıya uçması bomba xəbərdarlığına görə 6,5 saat gecikib.
KONKRET.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə “Air Astana” aviaşirkəti məlumat yayıb.
Bildirilib ki, hadisə aprelin 16-da baş verib.
“Astana-Almatı KC996 reysi ilə uçan təyyarə uçuş öncəsi növbə gözləyərkən ekonom sinif sərnişinlərindən biri ekipaj üzvlərinə üzərində bomba olduğunu deyib. Sərnişinlər və ekipaj təxliyə edilib, təyyarəyə baxış keçirilib. Uçuş 6 saat 29 dəqiqə gecikib”, – məlumatda deyilir.
Qeyd olunub ki, bomba ilə bağlı məlumat təsdiqini tapmayıb. Sərnişin hüquq-mühafizə orqanlarına təhvil verilib və barəsində cinayət işi başlanıb.
İqbal Rzayev,
KONKRET.az
