Təyyarədə TƏŞVİŞ: Sərnişinlər özlərini pis hiss etdibackend

Təyyarədə TƏŞVİŞ: Sərnişinlər özlərini pis hiss etdi

Skandinaviya Hava Yollarına (SAS) məxsus təyyarə Kopenhagendə təcili olaraq eniş edib.

KONKRET.az xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” nəşri məlumat yayıb.

Qeyd olunub ki, anidən təyyarədə sərnişin və ekipaj üzvü ürək bulanması hiss edib. Onların narahatlığının səbəbi məlum bəlli deyil. Ümumilikdə təyyarədə 140 nəfər olub.

Texniki işçilər sərnişinlərin və ekipaj üzvlərinin xəstəliyinin obyektiv səbəbinin olub-olmadığını araşdıracaq.

Qeyd edək ki, təyyarə İspaniyanın Malaga və İsveçin Stokholm şəhərləri arasındakı reysi həyata keçirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*