“The Times”: “Ermənilər Rusiya kanallarında irqi ayrı-seçkiliklə məşğuldurlar”backend

“The Times”: "Ermənilər Rusiya kanallarında irqi ayrı-seçkiliklə məşğuldurlar"

“NTV kanalı Tiqran Keosayanın ABŞ-ın keçmiş prezidenti Barak Obamanın parodiyası ilə irqi ayrı-seçkiliyi təşviq edir. Telekanalın Beynəlxalq “Sawmill” yumoristik  şousunda aparıcı Obamanın fotosunu üzünü qara boya ilə bəzəyərək onu zənci bir aktrisa kimi təqdim edib. Senariyə görə, Keosayan sabiq prezidentdən xatirələri ilə bağlı müsahibə alır. Lakin səhnəcik etik qaydalara sığmayan dini-irqi ayrı-seçkilik üzərində qurulub”.

KONKRET.az xəbər verir ki, “Exo Moskvı” radiosunun yaydığı məlumata görə, şou-proqram nəinki Rusiyada, hətta xarici ölkələrdə hiddətlə qarşılanıb. İngiltərənin məşhur “The Times” qəzeti NTV kanalını sərt tənqid edib. Və rəhbərlikdən verilişin yaradıcı heyəti barədə tədbir görülməsini istəyib. Xatırladaq ki, NTV-də yayımlanan şou proqramın aparıcısı Tiqran Keosayan, senari müəllifi isə onun həyat yoldaşı Marqarita Simonyandır.

“Exo Moskvı” məsələ ilə bağlı proqramın senari müəllifi və NTV kanalının baş redaktoru Marqarita Simonyanın mövqeyini öyrənib. Simonyan deyib ki, “Rusiyada  etnik azlığın üzvü olan Tiqran mütəmadi olaraq efirdə iri “etnik” burnu və “qara” birliyə (Qafqaza) mənsubluğu ilə fərqlənib. Ona görə də Tiqranı irqi ayrı-seçkilikdə günahlandıran “The Times” qəzeti yaxşı olar ki, təmsil etdiyi ölkənin irqi ayrı-seçkilikdə qazandığı “böyük” uğurlardan yazsın”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*