TikTok rus dilində yayımlanan “Sputnik Qırğızıstan” hesabını sildibackend

TikTok rus dilində yayımlanan “Sputnik Qırğızıstanhesabını sildi

TikTok heç bir səbəb olmadan rus dilində yayımlanan “Sputnik Qırğızıstan” hesabını silib.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, profildə 100 mindən çox insan qeydiyyatdan keçmişdi.

Sputnik TikTok hesabı Qırğızıstan mediası arasında ən böyük hesablardan biri idi.

“Biz TikTok administrasiyasının təsvir etdiyi qaydalara zidd heç nə etməmişik. Əksinə, kanalımızda çoxlu faydalı videolar var idi – məsələn, maliyyə savadlılığı və ya psixologiya üzrə… Çox təəssüf ki, siyasi motivlər əsas rol oynadı”.

Bu barədə Sputnik-in baş redaktoru Erkin Alımbəyov bildirib.

Qeyd edək ki, Ukraynada xüsusi əməliyyat başlayandan sonra YouTube Sputnik və RT ilə bağlı bütün kanalları bloklayıb. Əvvəllər RT kanalının alman dilindəki hesabı silinmişdi.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*