“Togg” Vyana küçələrində – FOTOLARbackend

"Togg" Vyana küçələrində - FOTOLAR

Türkiyənin milli avtomobil sənayesinin nəhəngi hesab edilən “Togg” Vyana küçələrində görüntülənib və böyük marağa səbəb olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu avstriyalı həmkarı Aleksandr Şallenberqlə Vyanada keçirilən görüşə “Togg” markalı avtomobillə gəlib. O, daha sonra “Togg”la Vyana küçələrini gəzib.

Görüşdən sonra sosial media hesabından paylaşım edən Çavuşoğlu, “Zəlzələ yardımına görə təşəkkür bildirdik. İqtisadi, ticarət və mədəni əməkdaşlığımızı davam etdirəcəyik. Ukrayna, Suriya, Cənubi Qafqaz məsələsini və bölgədəki digər hadisələri müzakirə etdik” , sözlərini yazıb.

Şallenberq tərəfindən yola salınan Çavuşoğlu avstriyalı həmkarına “Togg” haqqında məlumat verib. Onun “Togg”la Vyana küçələrini gəzməsi maraqla qarşılanıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*