Prezident Kasım-Jomart Tokayev Aydarbek Saparovun Qazaxıstan Respublikasının kənd təsərrüfatı naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Akorda (Prezident Administrasiyası) məlumat yayıb.
Qeyd edək ki, o, əvvəllər Şimali Qazaxıstan vilayətinin meri olub.
Saparovun sələfi Erbol Karaşukeyev bu gün Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri postunu tərk edib.
İqbal Rzayev,
KONKRET.az
