Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dörd naziri tutduqları vəzifədən azad edib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Marat Karabayev, informasiya və sosial inkişaf naziri Darxan Kıdıralı, mədəniyyət və idman naziri Asxat Oralov, ekologiya və təbii sərvətlər naziri Zülfiyyə Süleymenova vəzifəsindən azad edilib.
Bundan əvvəl Tokayev “Qazaxıstan Respublikasının dövlət idarəetmə sisteminin daha da təkmilləşdirilməsi haqqında” fərman imzalayıb, ona əsasən bəzi nazirliklər yenidən təşkil edilib.




İqbal Rzayev,
KONKRET.az
