Tokayev Marjikpayevi nazir TƏYİN ETDİbackend

Tokayev Marjikpayevi nazir TƏYİN ETDİ

Akmola vilayətinin keçmiş meri Ermek Marjikpayev turizm və idman naziri təyin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

Xatırladaq ki, dünən Tokayev “Dövlət idarəetmə sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Buna əsasən Qazaxıstanda beş yeni nazirlik yaranıb. Yenidən təşkil edilən 4 nazirliyin rəhbərləri tutduqları vəzifələrdən azad edilib.

Qeyd edək ki, Ermek Marjikpaev 29 avqust 1969-cu ildə Tselinoqradda anadan olub. Əmək fəaliyyətinə bədən tərbiyəsi müəllimi, boks üzrə məşqçi kimi başlayıb. O, 2007-2009-cu illərdə Akmola vilayət məclisinin deputatı olub. 2019-cu ildən isə Akmola vilayətinin sədri vəzifəsini tuturdu.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*