Toydan bir gün sonra ərindən BOŞANDIbackend

Toydan bir gün sonra ərindən BOŞANDI

ABŞ-da toyda tort zarafatı bir gün sonra boşanmaya səbəb olub.

KONKRET.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri yazıb.

Məlumata görə, 27 yaşlı qız sevdiyi oğlanla 3 il münasibətdə olub. O, toydan əvvəl oğlandan xahiş edib ki, tort atma zarafatını təkrar etməsin. Eyni zamanda qız oğlana xəbərdarlıq edib ki, əgər belə etsə, münasibətləri bitəcək.

Lakin bəy sevgilisinin istəyinə məhəl qoymayıb və toy günü onun üzünə tort atıb. Qəzəblənən gəlin yaxınlarının israrına baxmayaraq, dərhal şənliyi tərk edib və səhər boşanma qərarını açıqlayıb. Gəlinin bu qərarı yüksək qalmaqala səbəb olub. Bəyin barışmaq cəhdi baş tutmayıb.

İqbal Rzayev,

KONKRET.az

  • Anonim
    Sentyabr 9, 2023 - 17:57

    Eceb edib o gelin o beye alqislar

Anonim üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*