backend

Trampa qarşı QORXUNC koronavirus ittihamı: 26 min insanın ölümünə siz qərar verdiniz

KONKRET.az-ın məlumatına görə, ABŞ-da New York  ştatının qubernatoru Andrev Kuomo, Tramp administrasiyasını yeni növ korona virus epidemiyası üçün kifayət qədər dəstək verməməkdə tənqid edib.

“Federal Təcili Yardım Agentliyi 400 süni respirator göndərir. Mənim 30.000-ə ehtiyacım var. 400 ilə nə edə bilərəm? Bu vəziyyətdə, yalnız 400 süni respirator göndərdiyiniz üçün 26 min insanın ölməsinə siz qərar verirsiniz”.

Kuomo bildirib ki,  ABŞ-da epidemiyanın mərkəzinə çevrilən Nyu-Yorkda tibbi ləvazimatlar tükənmək üzrədir. Əyalətin 140 min çarpayıya ehtiyacı var.

O, bildirib ki, Nyu-York tezliklə kömək gözləyir.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*