Tramp administrasiyası Venesuelaya qarşı tam iqtisadi embarqo tətbiq edibbackend

Tramp administrasiyası Venesuelaya qarşı tam iqtisadi embarqo tətbiq edib

 

Tramp administrasiyası Venesuela Prezidenti Nikolas Maduroya təzyiqi gücləndirmək üçün onun ölkəsinə qarşı tam iqtisadi embarqo tətbiq edib.

AZƏRTAC Ağ Evin bu barədə press-relizinə istinadla xəbər verir ki, Prezident Trampın sərəncamına əsasən, Venesuelanın ABŞ yurisdiksiyasında olan bütün aktivləri dondurulur. Bu sərəncam Vaşinqtonun Maduro ilə transaksiyalar həyata keçirən hər kəsə qarşı sanksiyalar tətbiq etməsinə imkanı verir.

Tramp qeyd edib ki, onun administrasiyasının bu qərarı “Nikolas Maduronun qeyri-qanuni rejimi tərəfindən hakimiyyətin qəsb edilməsi, habelə insan hüquqlarının pozulması, o cümlədən Venesuela vətəndaşlarının özbaşına və ya qanunsuz olaraq həbs edilməsi və saxlanılması, fikir azadlığına müdaxilə, Venesuelanın müvəqqəti Prezidenti Xuano Quaydonu və demokratik yolla seçilmiş Venesuela Milli Assambleyasını devirmək cəhdləri” ilə bağlıdır.

Məlum olduğu kimi, bu ilin əvvəlində ABŞ Venesuela müxalifətinin lideri Xuan Quaydonu ölkənin müvəqqəti prezidenti kimi tanıyıb və Karakasla diplomatik əlaqələri pozub. Bundan sonra ABŞ-ın Venesueladakı səfirliyinin əməkdaşları geri çağırılıb, Venesuela hökuməti ilə bütün əlaqələr pozulub. Venesuelaya qarşı tam embarqo tətbiq edilməsi nəticəsində bu ölkə Şimali Koreya, İran, Kuba və Suriya ilə eyni kateqoriyaya aid edilir.

Trampın əleyhdarları bildiriblər ki, bu qərar düzgün addım deyil, çünki Havanaya və ya Tehrana qarşı onilliklər boyu tətbiq edilən bu cür embarqolar həmin ölkələrin hökumətini və ya siyasətini dəyişdirə bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*