Tramp İranla bağlı bu sözü azı 37 dəfə təkrar edib – ABŞ lideri nə deyib?backend

Tramp İranla bağlı bu sözü azı 37 dəfə təkrar edib - ABŞ lideri nə deyib?

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla razılaşma əldə etməyə yaxın olduğunu ən azı 37 dəfə bəyan edib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın hesablamalarına görə, Tramp sosial şəbəkələrdəki paylaşımlarında, ictimai çıxışlarında və media nümayəndələri ilə telefon söhbətlərində dəfələrlə İranla sazişin yaxın zamanda bağlanacağını və ya Tehranın buna çarəsiz şəkildə can atdığını bildirib.

Ağ Evin rəhbəri bu fikri sonuncu dəfə iyunun 8-də səsləndirib.

CNN-in məlumatına görə, Trampın bu mövzunu davamlı gündəmdə saxlaması onun ya vəziyyəti yanlış qiymətləndirməsi, ya maliyyə bazarlarını sakitləşdirməyə çalışması, ya da həqiqətən bu razılaşmanı reallaşdıracağına inanması ilə bağlı ola bilər.

Xatırladaq ki, Donald Tramp daha əvvəl ABŞ-ın yaxın iki həftə ərzində “tam qələbə” elan edəcəyini və İranla yekun razılaşma əldə olunacağını bildirmişdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*