Tramp Məhmət Özə dəstək üçün keçirilən mitinqə qatıldı – FOTObackend

Tramp Məhmət Özə dəstək üçün keçirilən mitinqə qatıldı - FOTO

ABŞ-ın keçmiş prezidenti Donald Tramp dünya şöhrətli türk ürək cərrahı Məhmət Özə dəstək üçün Pensilvaniyada keçirilən mitinqə qatılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Pitsburqdan cənub-şərqdə yerləşən Qrinsburq şəhərində keçirilən mitinqdə çıxış edən Tramp, Məhmət Özü “böyük centlmen” adlandıraraq səhnəyə çağırıb:

“Məhmət Öz kimi qeyri-adi namizədləri dəstəkləməkdən qorxmuram. Mən onu çoxdan tanıyıram”.

Tramp məşhur cərrahın ştatda qalib gəlmək üçün ən yaxşı şansa sahib olduğunu bildirib.

Belə ki, mitinqə gələnlər arasında “Tramp 2024” və “Amerikanı yenidən möhtəşəm et” kimi papaqlar və paltolar diqqət çəkib.

Trampın qarşısında səhnəyə çıxan Məhəmt Öz çıxışında müxalifəti günahlandırıb və demokratlara qarşı mədəniyyət savaşında yumruqların məcazi mənada istifadə edilməsinin lazım olduğunu bildirib.

Qeyd edək ki, mayın 17-də Pensilvaniyada keçiriləcək ilkin seçkilərdə iştirak edəcək Respublikaçı və Demokrat namizədlər, 8 Noyabr 2022-ci ildə keçiriləcək ümummilli aralıq seçkilərində yarışacaqlar.

İqbal Rzayev,

KONKRET,az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*