Əsədov açıqladı: bu vəzifə Samir Şərifova həvalə edilirbackend

Əsədov açıqladı: bu vəzifə Samir Şərifova həvalə edilir

Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarı ilə əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.

KONKRET.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasında deyib.

Əli Əsədov bildirib ki, Komissiyanın sədri qismində Baş nazirin müavini Samir Şərifov müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*