Pelenin forması 4,88 milyona satıldıbackend

Pelenin forması 4,88 milyona satıldı

Əfsanəvi braziliyalı futbolçu Pelenin 1958-ci il Dünya Kubokunun finalında geyindiyi forma hərracda 4,88 milyon dollara satılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Sothebys” məlumat yayıb.

1958-ci il Dünya Kubokunun finalında Braziliya İsveçi 5-2 hesabı ilə məğlub edib və 17 yaşlı Pele bu oyunda 2 qol vurub.

Qeyd edək ki, ən bahalı forma 2022-ci ildə hərracda 9,28 milyon dollara satılan argentinalı Dieqo Maradonanın 1986-cı il Dünya Kubokunun finalında geyindiyi formadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*