Bayramovla Lavrovun görüşü başladıbackend

Bayramovla Lavrovun görüşü başladı

Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

KONKRET.az apa-ya istinadla xəbər verir ki, nazirlər əvvəlcə təkbətək formatda görüşüblər.

Ceyhun Bayramov və Sergey Lavrov daha sonra geniş tərkibdə danışıqlar aparacaq.

Danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.

Xarici işlər nazirlərinin danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*