Nəriman Həsənzadənin vəziyyəti ağırdırbackend

Nəriman Həsənzadənin vəziyyəti ağırdır

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır.

KONKRET.az xəbər verir ki, bu barədə axaraz-a açıqlamasında şairin köməkçisi Arif Mehmandost deyib.

“Reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır. Huşu yerindədir, danışır, lakin tam özünə gələ bilməyib. Böyrək çatışmazlığı diaqnozu qoyulub”, – o bildirib.

Qeyd edək ki, 95 yaşlı xalq şairi iyun ayının sonlarında xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*