Tramp tənqidlərə cavab verdi: “Mən pis sövdələşmələrə imza atmıram”backend

Tramp tənqidlərə cavab verdi: "Mən pis sövdələşmələrə imza atmıram"

ABŞ Prezidenti Donald Tramp rəsmi Vaşinqtonla Tehran arasında aparılan nüvə danışıqları ətrafında yaranan müzakirələrə və onun qərarlarını tənqid edənlərə kəskin cavab verib. O, özünün danışıqlar strategiyasını müdafiə edərək, ABŞ-nin maraqlarına zidd heç bir sənədi imzalamayacağını bəyan edib.

KONKRET.az xəbər verir ki, ABŞ lideri rəsmi açıqlamasında İranla mümkün yeni sazişin əvvəlki administrasiyaların buraxdığı səhvlərdən uzaq olacağını vurğulayıb:

“Mən pis sövdələşmələrə imza atmıram! Əgər mən İranla bir saziş bağlayacağamsa, bu, Obamanın bağladığı müqavilədən fərqli olaraq, yaxşı və doğru bir saziş olacaq. Obamanın sövdələşməsi İrana nəhəng məbləğdə pullar qazandırdı və onların nüvə silahına gedən yolunu tamamilə açıq qoydu. Bizim hazırladığımız saziş isə bunun tam əksidir”.

Prezident qeyd edib ki, hazırda Fransa kimi beynəlxalq vasitəçilərin təkliflərini rədd etməsi və danışıqları təkbaşına idarə etmək istəyi daxildə və xaricdə bəzi dairələr tərəfindən manipulyasiya olunur. O, sənədin hələ tam hazır olmadığını diqqətə çatdırıb:

“Bizim sazişimiz tamamilə fərqli prinsiplərə əsaslanır, lakin hələlik heç kim onu görməyib və onun nədən ibarət olduğunu bilmir. Sənəd hələ tam şəkildə razılaşdırılmayıb. Ona görə də haqqında heç bir məlumatı olmadığı məsələni tənqid edən uğursuzlara qulaq asmayın. Məndən əvvəl gələnlər və bu problemi illər öncə həll etməli olanlardan fərqli olaraq, mən dövlətimi pis vəziyyətə salacaq addımlar atmıram”.

Qeyd edək ki, Ağ Ev rəhbərinin bu bəyanatı, İran rəsmisi Möhsün Rezainin “ABŞ Hörmüz boğazına hücum edərsə, Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa bilərik” hədəsindən və Parisin uran ehtiyatlarını Fransada saxlamaq təklifinin Tramp tərəfindən bloklanmasından dərhal sonraya təsadüf edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*