“Tramp yenidən hakimiyyətə gəlsə, Ukraynaya bir qəpik də verməyəcək”.
KONKRET.az xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban bildirib.
“Əgər amerikalılar silah və pul verməsələr və avropalılar da onların arxasınca getsələr, o zaman münaqişə bitəcək. Tramp deyib ki, qayıtsa, heç bir qəpik də verməyəcək”, – Orban Trampla görüşdən sonra mediaya verdiyi müsahibəsində deyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
