ABŞ prezidenti Donald Tramp keçən həftə koronavirusun müalicəsində “Klorokin” (Chloroquine) adlı dərmandan istifadə etməyi məsləhət görmüşdü. Nigeriyada bu həbdən 3 nəfər zəhərlənib.
KONKRET.az xəbər verir ki, Afrika dövlətinin paytaxtı Laqosda yerli sakinlər dərmanın zərərini görüblər. Həkimlə məsləhətləşmədən həb qəbul edən 3 nigeriyalı zəhərləndiyindən, təcili xəstəxanaya çatdırılıb.
Ümumiyyətlə, Trampın tövsiyəsindən sonra “Klorokin”in satışı 4 dəfə artıb. ABŞ qida və dərman federasiyası dövlət başçısını belə iddialı açıqlamalardan çəkinməyə çağırıb
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada 353 mindən rtıq koronavirusa yoluxma halı qeydə alınıb. İndiyə qədər 15 min 418 nəfər həyatını itirib. Nigeriyada cəmi 36 nəfərdə virus aşkar olunub.
