ABŞ-ın keçmiş respublikaçı prezidenti Donald Tramp sahibkar İlon Maskı “Twitter”i alması münasibətilə təbrik edib və sosial şəbəkə hesabının oktyabrın 31-də bərpa ediləcəyini bildirib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Trampın mətbuat xidməti məlumat yayıb:
“Twitter”i alması münasibətilə İlon Maskı təbrik edirəm. Mənə məlumat verildi ki, hesabım bazar ertəsi bərpa olunacaq, baxarıq”.
Qeyd edək ki, 2021-ci ilin əvvəlində “Twitter” rəhbərliyi Trampa xidmətdən istifadə etməyi qadağan edib. Mayın 10-da isə Mask Trampın “Twitter” hesabının bərpa ediləcəyini bildirib.
İqbal Rzayev,
KONKRET.az
