Tsarukyan çətin vəziyyətdə – “Çiçəklənən Ermənistan”ın xəyalları belə “puç oldu”backend

Tsarukyan çətin vəziyyətdə - "Çiçəklənən Ermənistan”ın xəyalları belə "puç oldu"

Ermənistanda 7 iyun tarixində keçirilən parlament seçkilərinin yenilənmiş ilkin nəticələrinə əsasən, iş adamı Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası 3,996% səs toplayaraq parlamentə keçə bilməyib.

KONKRET.az xəbər verir ki,bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaahn Hovakimyan mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, nəticələr elektron səsvermənin də əlavə edilməsi ilə bir qədər dəqiqləşdirilib. Partiya ümumilikdə 58 378 səs toplayıb, lakin parlamentə düşmək üçün tələb olunan 4%-lik baryeri keçə bilməyib.

Mərkəzi Seçki Komissiyasının 100% bülletenlərin sayılmasından sonra açıqladığı nəticələrə əsasən, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası 49,81% səs toplayaraq seçkilərdə birinci yeri tutub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*