Türk diplomatı öldürənlərə edam cəzası verildibackend

Türk diplomatı öldürənlərə edam cəzası verildi

İraqda türkiyəli diplomat Osman Köseni  öldürənlərdən 2-si ilə bağlı edam qərarı verilib.

KONKRET.az-ın “HaberGlobal”a istinadən məlumatına görə, hökm Ərbil ikinci Cəza Məhkəməsi tərəfindən elan edilib. Məsələ ilə bağlı açıqlama verən vəkil Birzo Said “Hadisə ilə bağlı 6 nəfər cəzalandırılıb: 2 nəfərə edam, 1 nəfərə 1 il, qalan 3 nəfərin hər birinə 2 il həbs cəzası verilib” deyib.

Xatırladaq ki, Köse 2019-cu ildə İraqın Ərbil şəhərində restoranda silahlı hücuma məruz qalaraq öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*