Türkiyə apreldə Putin və Zelenski arasında görüş təşkil etməyə HAZIRLAŞIRbackend

Türkiyə apreldə Putin və Zelenski arasında görüş təşkil etməyə HAZIRLAŞIR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayında İstanbulda Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenskinin görüşunu təşkil etmək istəyir.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağri Erhan deyib.

“Hazırda Türkiyənin yeganə missiyası prezidentlər Putin və Zelenskinin ən azı bir dəfə görüşub, kənar müdaxilə olmadan birbaşa danışması üçün şərait yaratmaq, münaqişənin həlli yollarının tapılmasına nail olmaqdır”, – deyə o bildirib.

Görüşün aprel ayında keçirilməsinin nəzərdə tutulduğunu qeyd edən müşavir onu da vurğulayıb ki, 2022-ci il ərzində Türkiyə sadəcə vasitəçi olub: “Türkiyə nə Rusiyaya, nə də Ukraynaya sanksiya tətbiq etməyib, neytrallığını qoruyub”.

Qeyd edək ki, bundan öncə Çağri Erhan ABŞ-ın Rusiya və Ukrayna prezidentlərinin şəxsi görüşünə mane olduğunu bəyan edib. O vurğulayıb ki, onlar uzunmüddətli müharibə istəyir, ukraynalıların gələcəyini, sülhü düşünmürlər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*