Türkiyədə Ermənistanla sərhədin minalardan təmizlənməsi zamanı partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Kars Olay” yayıb.
Partlayış Qars şəhərinin Arpaçay rayonunda baş verib.
Bildirilir ki, mina partlaması nəticəsində bir nəfər xəsarət alıb. Onun minatəmizləmə işləri həyata keçirən şirkətin əməkdaşı olduğu bildirilir.
Yaralı işçi xəstəxanaya çatdırılıb.
