“Türkiyə hava limanlarında bütün sərnişinlər yoxlanılacaq”.
KONKRET.az xəbər verir ki, bu barədə müvafiq qanun layihəsini Respublika Nəqliyyat Nazirliyinin rəhbəri Abdulkadir Uraloğlu məlumat verib.
O, şəxsi axtarışdan imtina edən sərnişinlərin və əşyalarının hava limanında reysə buraxılmayacağını bildirib.
“Türkiyə Beynəlxalq Mülki Aviasiya Təşkilatının üzvüdür və onun tələblərini layiqincə yerinə yetirən ölkələrdən biridir. Təyyarə ilə səyahət edirsinizsə, kim olduğunuzdan asılı olmayaraq, bütün növ axtarışlara icazə verməli və ümumi qəbul edilmiş qaydalara riayət etməlisiniz”, – deyə nazir bildirib.
Burhan,
KONKRET.az