Türkiyə İrana yeni səfir təyin etdibackend

Türkiyə İrana yeni səfir təyin etdi

Türkiyə ilə İran arasında diplomatik münasibətlərin idarə olunmasında mühüm kadr dəyişikliyi baş verib. Rəsmi Ankara Tehrandakı diplomatik nümayəndəliyinin rəhbərliyini təcrübəli bir diplomata etibar edib.

KONKRET.az İran mediasına istinadən xəbər verir ki, Türkiyənin İrandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Əhməd Aydın Doğan təyin olunub. Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkənin bir sıra xarici dövlətlərdəki səfirlərinin və daimi nümayəndələrinin yeni təyinat siyahısını açıqlayarkən bu qərarı diqqətə çatdırıb.

Yeni təyinata əsasən, bu vaxta qədər Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr və Protokol şöbəsinin müdiri vəzifəsində çalışan səfir Əhməd Aydın Doğan bundan sonra rəsmi Ankaranın Tehrandakı səfirliyinə rəhbərlik edəcək. Qeyd edək ki, bu təyinata qədər Türkiyənin İrandakı səfiri vəzifəsini fars dili və ədəbiyyatı üzrə tanınmış mütəxəssis, professor Hicabi Kırlanqıç icra edirdi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*