Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirdi: 11 terrorçu  saxlanıldı – FOTObackend

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirdi: 11 terrorçu saxlanıldı - FOTO

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın şimalındakı “Fərat Qalxanı” bölgəsində əməliyyat keçirib.

KONKRET.azAnadoluya istinadən xəbər verir ki, əməliyyat zamanı 11 İŞİD terrorçusu yaxalanıb, çoxlu sayda partlayıcı və sursat ələ keçirilib.

Məlumata görə, 4350 elektrik detonatoru, 986 proqramlaşdırıla bilən inteqrasiya qurğusu, 665 dövrə lövhəsi, voltmetrlər və lehimləmə aləti daxil olmaqla, təxminən 30 min ABŞ dolları dəyərində yüksək texniki imkanlara malik material götürülüb.

Tutulan terrorçular ilk sorğu-suallarında İŞİD-ə maddi-texniki və hərbi dəstək verdiklərini etiraf ediblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*