backend

Türkiyə Qarabağda nə qədər ərazini minalardan təmizləyib? - RƏSMİ

“Türkiyə Silahlı Qüvvələri Azərbaycana Ermənistanın işğalından azad edilən bölgələrdə minatəmizləmə fəaliyyətlərinə dəstək verməyə davam edir”.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin bu gün keçirdiyi həftəlik brifinqdə açıqlanıb.

“Bu günə qədər 128 kvadrat kilometr ərazi bölmələrimiz və Azərbaycan nümayəndələri tərəfindən təmizlənib. Bununla yanaşı, minatəmizləmə fəaliyyətləri çərçivəsində 1025 Azərbaycan personalına təlim keçilib. “İki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə birlikdə olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində bu günə qədər olduğu kimi, bundan sonra da bütün imkanlarımızla yanlarında olmağa davam edəcəyimizi bir daha vurğulayırıq”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*