Dördtərəfli görüş zamanı taxıl ixracı üçün İstanbulda koordinasiya mərkəzinin yaradılması barədə razılıq əldə olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri gələn həftə yenidən Türkiyədə görüşəcək.
Həmçinin növbəti həftə “taxıl dəhlizi” ilə bağlı sənədin imzalanması da gözlənilir.
19:00
İstanbulda Ukrayna limanlarında gözləyən taxılın təhlükəsiz daşınmasını təmin etmək üçün BMT nümayəndələrinin iştirakı ilə Rusiya, Ukrayna və Türkiyənin hərbi nümayəndə heyətləri arasında keçirilən danışıqlar başa çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
15:27
Bu gün Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başlayıb.
KONKRET.az “Habertürk” istinadən xəbər verir ki, artıq nümayəndələr İstanbul şəhərindədir.
Nümayəndə heyətlərinin Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacağı gözlənilir.
Qeyd edək ki, bu, dördlü formatda baş tutan ilk görüşdür.
