Türkiyə iyunun 1-dən etibarən bütün sərhəd məntəqələrindən ölkəyə daxil olmaq üçün PCR testlərini ləğv edir.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
“Koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyəti qiymətləndirərkən, iyunun 1-dən etibarən bütün sərhəd məntəqələri vasitəsilə ölkəyə daxil olmaq üçün ölkəyə girişdən 72 saat əvvəl PCR testləri ilə bağlı hesabat tələb olunmur”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
