Türkiyədə 20 yaşadək gənclərin küçəyə çıxması qadağan edildibackend

Türkiyədə 20 yaşadək gənclərin küçəyə çıxması qadağan edildi

“Sabahdan etibarən bazar və marketlər kimi insanların çox olduğu yerlərdə əhalinin maska geyməsi məcburidir. Küçələrdə sosial məsafə ən azı 3 addım olacaq”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla (COVİD-19) mübarizə ilə əlaqədar açıqlamasında deyib.

Prezident bildirib ki, Türkiyədə 65 yaşa qədər insanların küçəyə çıxma qadağası bu gecədən başlayaraq 20 yaşa qədər gənclərə də şamil olunacaq.

Hazırda dünyada COVİD-19-a yoluxanların sayının 1 milyon 30 minə, ölənlərin sayının isə 55 minə çatdığını vurğulayan R.T.Ərdoğan bildirib ki, digər ölkələrlə müqayisədə Türkiyənin bu təhlükəli virusla mübarizəsi qənaətbəxş hesab oluna bilər: “Maska başda olmaqla təmizlik vasitələrini Türkiyə özü istehsal etdiyi üçün COVİD-19-la mübarizədə xarici ölkələrdən asılılığımız yoxdur”.

Prezident şəxsi avtomobillər də daxil olmaqla şəhərlərarası giriş-çıxışlara məhdudiyyət qoyulduğunu deyib.

Ərdoğan, həmçinin, Türkiyənin 30 böyük şəhərinə yalnız zəruri ehtiyacları ödəyən avtomobillərin girişinin mümkün olacağını vurğulayıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*