Haluk Görgünün Türkiyə Müdafiə Sənayesi Agentliyinə rəis təyin edilməsi Qərb ekspertlərinin diqqətindən yayınmayıb.
KONKRET.az xəbər verir ki, siyasi şərhçilər bu təyinatı aşağıdakı kimi qiymətləndiriblər:
1. Görgün ABŞ qanunlarına görə sanksiyaya məruz qalmayıb. Dəmir isə Rusiyanın S-400-lərinə görə CAATSA sanksiyaları altında olub və F-16-larla bağlı ABŞ-la danışıqlarda tam iştirak edə bilməyib. Agentliyin yeni prezidenti bu və digər müdafiə məsələlərində daha geniş imkanlara malik olacaq.
2. Görgün bu ilin mart ayında “Milliyet” qəzetinə verdiyi müsahibədə Türkiyənin gələcəkdə Rusiyanın S-400 raketdən müdafiə sistemlərinə ehtiyac duymayacağına işarə edib.
Natiq Səlim,
KONKRET.az
