Türkiyənin bir neçə bölgəsində güclü yağışlar sel və subasmaya səbəb olub.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kocaelinin Karamürsəl rayonunda güclü yağış nəticəsində bəzi ev və iş yerlərini su basıb.
Bursanın İnegöl rayonunda da yağan yağışlar qısa müddətdə bir sıra ərazilərdə subasmalara səbəb olub.
Əraziyə cəlb olunan xilasetmə briqadaları su basmış evlərdə və küçələrdə suyun çəkilməsi istiqamətində işlərə başlayıblar.
