Türkiyədə insanlar eyvanlara axışdıbackend

Türkiyədə insanlar eyvanlara axışdı

Türkiyə bu gün 23 Aprel Milli Suverenlik və Uşaq Bayramının 100 illiyini eyvanlarda qeyd edib.

KONKRET.az-ın xəbərinə görə, öncə yerli vaxtla 21.00-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqını təbrik edib, sonra uşaqlarla birlikdə 100 il öncə Türkiyə Böyük Millət Məclisində (TBBM) səslənən “İstiqlal” marşını ifa edib.

Türkiyə Parlamentində toplanan millət vəkillərilə eyni anda 81 vilayətdə insanlar eyvanlara çıxaraq “İstiqlal” marşını səsləndiriblər.

TBBM-in səmasında və evlərin eyvanlarından havaya fişənglər atılıb, Türkiyə bayraqları dalğalanıb.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkənin 31 şəhərində  komendant saatı elan olunub. Bu səbəbdən Türkiyədə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı “eyvan formatında” təşkil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*