Türkiyənin sakit kurort qəsəbəsi İncəkumda yerləşən 5-ulduzlu oteldə dincələn 62 yaşlı Rusiya vətəndaşı həbs olunub.
KONKRET.az xəbər verir ki, həmin şəxs istirahət zamanı otelin qadın əməkdaşlarına qarşı nalayiq hərəkətlər edərək onlara qarşı israrlı və kobud şəkildə seksual xarakterli təcavüzlərdə (qısnama) olub. İşçilərin şikayətindən sonra hadisə yerinə dərhal polis çağırılıb.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq polis bölməsinə aparılan turist dindirildikdən sonra məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə o, Alanya şəhərindəki L tipli qapalı həbsxanaya göndərilib. Ağır və orta ağırlıqlı cinayət törədənlərin saxlanıldığı bu müəssisədə rusiyalını 20 nəfərlik kameralarda qalmaq gözləyir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
