Türkiyədə meşə yanğınına görə bir nəfər saxlanıldıbackend

Türkiyədə meşə yanğınına görə bir nəfər saxlanıldı

Türkiyənin Marmaris şəhərindəki meşəni yandırmaqda şübhəli bilinən bir nəfər saxlanılıb.

KONKRET.az TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Soylu saxlanılan şəxsin günahını etiraf etdiyini deyib. Onun sözlərinə görə, dindirilmə zamanı həmin şəxs yanğını “ailə arasında anlaşılmazlıq səbəbindən əsəbiləşərək” törətdiyini bildirib.

Xatırladaq ki, Türkiyənin cənubunda yerləşən Marmarisdə bir neçə gündür meşə yanğını davam edir. Yanğının söndürülməsinə minlərlə yanğınsöndürən, xüsusi texnika cəlb olunub. Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*