Türkiyədə meşə yanır – VİDEObackend

Türkiyədə meşə yanır - VİDEO

Türkiyənin Manisa şəhərinin Akhisar rayonunda meşəlik sahədə başlayan yanğın qısa müddətdə nəzarət altına alınıb.

KONKRET.az xəbər verir ki, yerli vaxtla saat 10 radələrində başlayan yanğın küləyin təsiri ilə sürətlə yayılıb.

Yanğının baş verdiyini görənlərin xəbərdarlığı ilə bölgəyə dörd yanğınsöndürən helikopter, 10 yanğınsöndürən maşın və çoxlu sayda meşə təsərrüfatı işçisi göndərilib.

Səbəbi hələ müəyyən edilməyən yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir, kənd sakinləri də qruplara dəstək verirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*