Türkiyədə otellərə zəlzələyə davamlılıq sertifikatları VERİLƏCƏKbackend

Türkiyədə otellərə zəlzələyə davamlılıq sertifikatları VERİLƏCƏK

Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) rəhbəri Firuz Bağlıkaya ölkənin Turizm Nazirliyinə mehmanxana və iaşə obyektlərinə zəlzələyə davamlılıq sertifikatının verilməsini təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Bağlıkayanın fikrincə, fevral ayında Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra turoperatorlar otellərdən belə bir sertifikat tələb etməyə başlayacaqlar.

“Biz sertifikatlaşdırma aparmaqla otellərə inam yaratmalıyıq”, – TÜRSAB rəhbəri deyib.

O əlavə edib ki, bu, təkcə xarici deyil, yerli turoperatorlar üçün də edilməlidir.

Bağlıkaya bildirib ki, Türkiyədə turizm fəallığı mart ayında azala bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*