Türkiyənin Əskişəhər şəhərində zəncirvari yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, sərnişin avtobusu, hərbi maşın və pikapın toqquşduğu qəzada 14 nəfər yaralanıb.
Hadisə Əskişəhər-Seyitqazi avtomobil yolunda sərnişin avtobusunun jandarma əməkdaşlarını daşıyan mikroavtobusa çırpılması nəticəsində baş verib.
Hadisədən dərhal sonra qəza yerinə təcili yardım və xilasetmə qrupları sövq edilib.
Əraziyə gələn qruplar zərərçəkənləri xilas ediblər.
12-si əsgər olmaqla 14 nəfər xəstəxanalara yerləşdirilib. Yaralılardan 2-nin həyati təhlükəsinin olduğu bildirilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
